İstanbulda binanın qarşısına zibil atan kişi qonşularını güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda binanın qarşısına zibil atan şəxs qonşuları tərəfindən döyülüb. 

Məlumata görə, zibil atan şəxs onu döyən qonşularını güllələyib. Həyat yoldaşı isə pəncərədən onların başına fincan və boşqab atıb.

Hadisə yerinə gələn polislər silahı ələ keçirib, qonşuluqda yaşayan səkkiz nəfəri isə saxlayıblar.

Baş verən insident təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. 

Həmin görüntüləri təqdim edirik:

Mənbə: İHA

0.080995798110962