Meksikada çimərlikdə gəzən turisti ildırım vurdu: Dəhşətli görüntülər - FOTO/VİDEO

Meksikanın Miçoakan ştatında Aqvila çimərliyində turistləri ildırım vurub.

Hadisənin əks olunduğu dəhşətli kadrlar sosial şəbəkələrdə yayılıb.

Kadrlarda ildırımın demək olar ki, eyni yerə bir neçə dəfə necə düşdüyü görünür.

Qeyd olunur ki, ilk ildırım qadının başına düşüb və o, yerindəcə dünyasını dəyişib.

Qadının 34 yaşlı iki uşaq anası Froilanis Mayret Rivas Roman olduğu bildirilir.

Qadının yaxınlığında olan şəxs də fəlakətin qurbanı olub. O, xəstəxanaya çatdırılsa da, ağır yanıqlar səbəbindən tezliklə dünyasını dəyişib.

Verilən məlumata görə, daha bir qadını elektrik cərəyanı vursa da, o, sağ qalıb.

Mənbə: dailymail.co.uk

0.082267999649048