DTX-nin cinayət başında yaxaladığı şəxslə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İsrailin Bakıdakı səfirliyinə hücumun qarşısını alıblar.

Bu barədə İsrailin Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Məlumatda bildirilib ki, iranəsilli olduğu güman edilən silahlı şəxs İsrailin Azərbaycandakı səfirliyinə daxil olmağa cəhd göstərib, lakin Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qarşısı alınıb. O, həbs edilib və dörd ay müddətinə nəzarət altına alınıb.

Mənbə: Ynetnews.com

08:26

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərk-silah edilib.

M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.

0.10104703903198