Gimnastımız Britaniyada bürünc medal qazandı - FOTO

Azərbaycan gimnastı Aleksey Karataşov Böyük Britaniyanın Birmingem şəhərində keçirilən 30-cu dünya yaş qruplarında bürünc medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, o, tamblinq üzrə yarışda üçüncü yeri tutub.

Qeyd edək ki, milli komandamız noyabrın 19-dək davam edəcək mötəbər turnirdə tamblinq növündə üç gimnastla (Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev) təmsil olunur.

0.19701480865479