Azərbaycan millisi Belçikada

AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi Brüsselə çatıb.

“Report”un verdiyi məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə altı saatlıq uçuşun ardından hava limanına enib.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0.098241090774536