Qapıdan deyil, pəncərədən çıxmağı seçən rusiyalı gənc hər kəsi heyrətə gətirdi - VİDEO

Rusiyada müşahidə kameralarında qəribə hadisə qeydə alınıb.

Kadrlarda park edilən avtomobilin üstünə bir nəfərin düşdüyü, sonra isə heç nə olmamış kimi durub getdiyi görünür.

Hadisə Sankt-Peterburqda qeydə alınıb.

Gəncin evdən çıxmaq üçün qapını deyil, pəncərəni seçməsi avtomobil sahibinə ciddi ziyan  vurub.

Hazırda polis qorxulu “hobbi”si olan şəxsin axtarışına başlayıb.

Mənbə: “Shot” “Telegram” kanalı

0.075776100158691