Belçikalı futbolçu Azərbaycan millisi ilə oyunda qol vurmaq istəyir

Belçika yığmasının futbolçusu Yohan Bakayoko Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan əvvəl ölkəsinin “De Morgen” qəzetinə müsahibə verib.

“Report”un Brüsselə ezam olunan əməkdaşı xəbər verir ki, 20 yaşlı hücumçu ambisiyalarının çox olduğunu bildirib.

Əsas yığmada indiyədək cəmi bir qola imza atan forvard millimizlə matçda da fərqlənmək istədiyini söyləyib: “Özümü çox yüksək qiymətləndirirəm. Hücumçu üçün özünəinam çox vacibdir. Bacardığım işi meydanda görməliyəm".

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidirlər. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

0.11537790298462