Qəzzadan İsrailə raket atan terrorçular məhv edilib

İsrail Müdafiə Qüvvələrinin mətbuat ofisi bildirib ki, cümə günü axşam saatlarında Qəzza zolağından İsrail ərazisinə raket atan terrorçular məhv edilib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağından İsrailə raket hücumundan bir saat keçməmiş əsgərlər Qəzza zolağındakı binanın damından raket atan terrorçuları görüblər. Bundan sonra İrsail təyyarələri onlara hücum edib. İsrail ordusu terrorçuların hücrəsini məhv edib”, - məlumatda deyilir.

“Bundan əlavə, son 24 saat ərzində İsrail ordusunun qırıcı təyyarələri və helikopterləri Qəzza zolağında onlarla terrorçu hədəfə, o cümlədən əməliyyat komandanlıq mərkəzləri, buraxılış qurğuları və silah istehsalı sexləri, həmçinin terrorçulara zərbələr endirib”, - mətbuat xidməti əlavə edib.

Mənbə: TASS

0.072976112365723