Yoldaşlıq oyunu: Türkiyə səfərdə Almaniyanı məğlub etdi - VİDEO

AVRO-2024-ün final mərhələsində vəsiqəni vaxtından əvvəl təmin edən Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

Səfərdə Almaniya millisinin qonağı olan “Ay ulduzlular” 2:3 hesabı ilə qalib gəliblər.

Matçda hesabı beşinci dəqiqədə Kay Havertz açıb. Ferdi  Kadioğlu 38-ci dəqiqədə hesaba tarazlıq gətirib. Kəna Yıldız, 45+2-ci dəqiqədə Türkiyəni önə çıxarıb.  Nikla Fullkriq 49-cu dəqiqədə hesabı 2:2 edib. Yusuf Sarı isə 70-ci dəqiqədə penaltidən komandasının qələbə topunu vurub.

Almaniya - Türkiyə - 2:3
Qollar: Havertz, 5, (1:0), Kadioğlu, 38 (1:1), Yıldız, 45+2 (1:2), Fullkriq, 49 (2:2), Sari, 70-pen. (2:3)
0.076188087463379