Məşhur rusiyalı müğənninin gitaraçısı sevdiyi qadına görə iş adamını döydü - FOTO

Məşhur rusiyalı müğənni Oleq Qazmanovun gitaraçısı qısqanclıq zəminində Ximki şəhərində iş adamını döyüb.

34 yaşlı gitaraçı Vladimir Yeqorov uzun müddət 42 yaşlı İnnanı qarşılıqsız sevib. Musiqiçinin sevdiyi qız isə iş adamı ilə ailə qurmağa hazırlaşıb. İnnanın beş ildir 31 yaşlı iş adamı Dmitri ilə birlikdə yaşaması və bu yaxınlarda nikaha girmək üçün ərizə verməsi də musiqiçini narahat etməyib.

Yeqorov daim İnnanı təqib edib, qızın nişanlısına isə təhdid və təhqirlər yağdırıb. Növbəti dəfə isə Vladimir Yeqorov daha irəli gedib.

Belə ki, o, İnnanı manikür etdirdiyi gözəllik salonunun çıxışında gözləyib. Bu zaman Dmitri də oraya gəlib. Musiqiçi iş adamına hücum edib və onu yumruqlamağa başlayıb, ona bir neçə zərbə vurub və köynəyini cırıb. Dmitri nişanlısının çıxmasını gözləyib, təcili yardıma gedib, zərbə izlərinin şəklini çəkib və aqressiv təqibçi ilə bağlı polisə şikayət ərizəsi yazıb.

Qeyd edək ki, Vladimir Yeqorov Oleq Qazmanovla birlikdə çıxış edən musiqi qrupunun üzvüdür. Dmitri isə tikinti şirkətinin sahibidir. İnna onlayn mətbəx əşyaları mağazasının əməkdaşıdır.

Mənbə: “SHOT” “Telegram”

0.088499069213867