Azərbaycanəsilli sürücü Türkiyədə ağır qəza törədib: Ölən var - FOTO

Türkiyənin Ərzurum vilayətində ağır yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşı ölüb.

Bu barədə Türkiyənin yerli mətbuatı xəbər yayıb.

Məlumata görə, azərbaycanəsilli, 37 yaşlı V.N.-in (ad və soyadı açıqlanmır – red.) idarə etdiyi yük avtomobili Oltu-Tortum magistral yolunda idarəetmədən çıxaraq əvvəlcə maneələrə çırpılıb, daha sonra isə aşıb.

Hadisə yerinə xilasedicilər, jandarm və təcili tibbi yardım cəlb edilib. Ağır xəsarət alan sürücü Tortum Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: yenicaggazetesi.com

0.077933073043823