Hacıqabuldakı qəzada altı nəfər yaralanıb - ADLAR + YENİLƏNİB

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları bəlli olub.

APA xəbər verir ki, həmin şəxslər paytaxt sakinləridir.

Məlumata görə, 1978-ci il təvəllüdlü Əntiqə Novruz qızı Mirzəyeva, 1978-ci il təvəllüdlü Ramil Oruc oğlu Mirzəyev, 1981-ci il təvəllüdlü Tərbiyə Elbrus qızı Şıxəliyeva, 2009-cu il təvəllüdlü Aylan Anar qızı Şıxəliyeva, 2005-ci il təvəllüdlü Adil Anar oğlu Şıxəliyev, 1973-cü il təvəllüdlü Rəqibə Qəzənfər qızı Səmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.

20:53

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.

“KamAZ” və “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Nəticədə altı nəfər xəsarət alıb.

Yaralılar Şirvan xətəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.30484795570374