Ukraynadan yola çıxan “Pallada” yük gəmisi Türkiyə sahillərinə çıxaraq ikiyə bölünüb - VİDEO

Ukraynanın Odessa limanından Kamerun bayrağı altında yola düşən “Pallada” yük gəmisi Türkiyənin Zonquldağ vilayətində yerləşən Ereğli limanı yaxınlığında fırtına səbəbindən quruya çıxıb və ikiyə bölünüb.

Bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Administrasiyası məlumat yayıb.

Departamentin məlumatına görə, 13 ekipaj üzvünün hamısı gəmidən uğurla təxliyə edilib.

“Təxliyyədən sonra gəmi pis hava şəraiti səbəbindən ikiyə bölünüb”, - deyə məlumatda bildirilir.

Yük gəmisi Odessadan noyabrın 3-də yola düşüb.

Departamentdən onu da bildiriblər ki, Türkiyə bayrağı altında yük daşıyan digər yük gəmisi “Kafkametler” həyəcan siqnalı verib. Gəminin kapitanının verdiyi məlumata görə, Ereğli limanında dalğaqıran tərəfə doğru sürüklənir.

Departamentdən bildirilib ki, fırtına səbəbindən yük gəmisi ilə əlaqə yaratmaq hələ mümkün olmayıb və xilasetmə əməliyyatına başlanılıb.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, 12 ekipaj üzvü olan gəmi Rusiyanın Krasnodar diyarının Temryuk limanından Türkiyənin İzmir vilayətində yerləşən Aliağa limanına doğru hərəkət edirmiş.

Mənbə: antikor.com

0.084566116333008