Dünyanın ən böyük vulkanlarından biri oyandı - VİDEO

Meksikada Popokatepetl vulkanı püskürüb.

Bu barədə Meksikanın Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Mərkəzi məlumat yayıb.

Yerli hakimiyyət sarı təhlükə səviyyəsi elan edib.

Mütəxəssislər vulkanik külün altı kilometrdən çox hündürlüyə qalxdığını bildiriblər.

Meksikanın seysmik xidməti vulkanın aktivliyinə nəzarət edir. Hələlik püskürmə nəticəsində insan tələfatı barədə məlumat yoxdur.

Qeyd edək ki, Popokatepetl aktiv vulkandır və Meksikanın ikinci ən yüksək zirvəsidir (5452 m). Dünyanın ən aktiv vulkanlarından biri paytaxt Mexikodan cəmi 64 kilometr cənub-şərqdə yerləşir.

Mənbə: kp.ua

0.083868026733398