Yunanıstanda oyanan təhlükə: COVID-19-dan ölüm halları artdı

Yunanıstanda havaların soyuması ilə əlaqədar COVID-19-dan qaynaqlanan ölüm halları artıb.

Mütəxəssislər bununla bağlı kritik xəbərdarlıq ediblər.

Bu barədə Yunanıstandan olan mütəxəssis Teodoros Vasilakopoulos ölkənin radio və televiziya qurumu olan ERT-yə verdiyi açıqlamada bildirib.

Teodoros Vasilakopoulos COVID-19 səbəbilə ölüm nisbətlərinin çox yüksək olduğunu nəzərə çatdırıb və virusa qarşı peyvəndin əhəmiyyətini vurğulayıb.

“Koronavirusdan ölənlərin sayı orta hesabla həftədə 50 nəfər təşki edir ki, bu da çox yüksək rəqəmdir. Ölkəmizdə mövcud olan koronavirus variantlarının qarşısını effektiv şəkildə alan peyvəndləri etdirmək və xəstəlik əlamətləri hiss edilən kimi test sayını artırmaq lazımdır”, - deyə o qeyd edib.

Vasilakopoulos xüsusilə yaşlılar və yüksək riskli qruplardakı insanların daha diqqətli olmaları ilə bağlı da xəbərdarlıq edib.

Mənbə: Haber Global

0.093786954879761