Emin Mahmudovun qolu seçmə mərhələnin IX turunun ən yaxşısı seçilib - VİDEO

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu AVRO-2024-ün seçmə mərhələsinin doqquzuncu turunun ən yaxşı qolu seçilib.

hakimiyyet.az xəbər verir ki, bu barədə UEFA-nın saytında aparılmış sorğunun nəticələrindən məlum olub.

Qeyd edək ki, “Neftçi”nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xatırladaq ki, daha öncə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə etmişdi.

 

0.074265956878662