Şamaxıda avtomobil traktorla toqquşub, dörd nəfər yaralanıb

Şamaxıda ağır avtomobil qəzası baş verib. VAZ-2107 markalı avtomobil traktorla toqquşub.

APA xəbər verir ki, hadisə rayonun Göylər kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində Şamaxı sakini 1964-cü il təvəllüdlü Əmirağa Ələsgər oğlu Abbasov, 1975-ci il təvəllüdlü Şəhla Balakərəm qızı Abbasova, 1970-ci il təvəllüdlü Zərifə Balakərəm qızı Təhməzova və 1963-cü il təvəllüdlü Səadət Balakərəm qızı Adıgözəlova ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Vəziyyəti ağır olan iki nəfər Bakı şəhər travmatalogiya xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

0.099301099777222