Şabranda qəzada ölən qazinin yaxınları danışdı - VİDEO

Şabranda Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Dəvəçi kəndindəki təkər təmiri sexində qeydə alınıb.

Belə ki, rayonun Ağalıq kənd sakini, 24 yaşlı Rəfail Əzimov yük avtomobilinin təkərini təmir edərkən partlayış baş verib.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun dayısı bildirib ki, o boyda odun-alovun içindən çıxdı, sağ-salamat gəldi, amma bədbəxt hadisənin qurbanı oldu.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

10:26

Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb.

Bu barədə Baş Prokurorluqdan bildirilib.

“Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimovun təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.

0.31310319900513