Minskdə KTMT-nin iclası başlayır

Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti öz işinə başlayır.

Sammit Belarus Prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə keçiriləcək.

Sammitdə iştirak üçün Rusiya Prezidenti Vladimir Putin də Minskə gəlib.

Qeyd olunur ki, sammit iştirakçıları beynəlxalq və regional təhlükəsizliyin aktual problemlərini müzakirə edəcək, qarşıda duran vəzifələri müəyyənləşdirəcək, həmçinin kollektiv təhlükəsizliyin təmin olunmasına yönəlmiş bir sıra sənədlər qəbul edəcəklər.

Mənbə: Sputnik Belarus

0.11467885971069