Çexiya Prezidenti: “Ukrayna ordusunun əks-hücum əməliyyatı ümidləri doğrultmayıb”

Çexiya Prezidenti Petr Pavel bildirib ki, Rusiya Avropa İttifaqı ölkələri üçün əsas təhlükə olaraq qalır və Avropa orduları yüksək intensivlikli münaqişəyə hazırlaşır.

NATO Hərbi Komitəsinin keçmiş sədri olmuş Çexiya lideri bəyan edib ki, Praqa və NATO-nun digər paytaxtları Moskvanı bir nömrəli təhlükə kimi qəbul edirlər.

Çexiya prezidenti Ukrayna ordusunun həyata keçirdiyi əməliyyatlara da toxunub.

İstefada olan general vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ümidləri doğrultmayıb.

Bundan əlavə, o, Moskva ilə danışıqlarla bağlı Kiyevə təzyiqlərin artacağını proqnozlaşdırıb.

Mənbə: Blesk

0.07637619972229