Qəzzada atəşkəsin vaxtı açıqlandı - YENİLƏNİB

Qəzza zolağında atəşkəs cümə günü Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.

Bu barədə “Əl-Cəzirə” telekanalı Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məsələ ilə bağlı digər detallar hələlik açıqlanmayıb.

11:16

Qəzza zolağında atəşkəsin başlama vaxtı yaxın saatlarda açıqlanacaq.

Məlumatı Qətər Xarici İşlər Nazirliyi yayıb.

“Qətər Qəzza zolağında humanitar fasilənin mümkün qədər tez qüvvəyə minməsini təmin etmək üçün İsrail və HƏMAS-la təmasdadır”, - deyə Qətər XİN-in məlumatında qeyd olunub.

Mənbə: TASS

0.078029870986938