Naxçıvanda qəza: 38 yaşlı kişi xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Sədərək rayon Dəmirçi kəndi sakini, Elşən Əbülfəz oğlu Məmmədov xəsarət alıb.

Müxtəlif xəsarətlər alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.093477010726929