İsrail ordusu girovlarla bağlı hazırlıqları tamamlayıb

İsrail Müdafiə Qüvvələri azad edilmiş girovları Qəzza zolağından qayıtdıqdan sonra qəbul etmək üçün hazırlıqları tamamladığını bildirib.

“İsrail ordusu azad edilmiş girovları Qəzza zolağından İsrailə qayıtdıqdan sonra qəbul etmək üçün hazırlıqları başa çatdırıb.

Bunun bir hissəsi olaraq, İsrail ordusu azad edilmiş girovların ilkin qəbulu üçün lazımi tibbi yardım və dəstək də daxil olmaqla bir neçə yer hazırlayıb.

İlkin tibbi yardımdan sonra onlar xəstəxanalara göndəriləcək və orada ailələrinə qovuşacaqlar”, - deyə məlumatda bildirilib.

Mənbə: TASS

0.0851149559021