Netanyahu girovların qaytarılmasının birinci mərhələsinin başa çatdığını açıqlayıb

“İsrail Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb, ölkə hakimiyyəti bütün məhbusların azad edilməsinə nail olmaq və anklavda hərbi əməliyyatın bütün məqsədlərini yerinə yetirmək niyyətindədir”.

Bunu Israilin Baş naziri Benyamin Netanyahu deyib.

“Biz qaçırılan uşaqlarımızın, onların anaları və digər qadınların geri qaytarılmasının birinci mərhələsini başa vurduq. Onların hər biri bir dünyadır. Amma mən üzümü sizə, ailələrə və İsrail vətəndaşlarına tutaraq, vurğulayıram: biz qaçırılanların hamısını geri qaytarmağa borcluyuq. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə nail olmağa çalışırıq”, - deyə hökumət başçısının administrasiyası bəyanatını yayıb.

Mənbə: TASS

0.11104989051819