Gözəllikdə anasını keçəcək: Vensan Kassel və Monika Belluçi ilk dəfə 13 yaşlı qızlarını göstərdilər - FOTO

Hollivudun ən gözəl ulduz valideynləri - Vensan Kassel və Monika Belluçi ilk dəfə kiçik qızlarının fotosunu paylaşıblar.

Maraqlıdır ki, böyük qızları Deva Kasseldən fərqli olaraq, 13 yaşlı Leoni həmişə ailənin ən sirli siması olub. Vensan və Monika kiçik qızlarını paparatsiyalardan diqqətlə qoruyublar, ona görə yeniyetmə haqqında az şey məlumdur.

Monikanın pərəstişkarları Leoninin böyük bacısı Devaya bənzəməsə də, onun da çox gözəl olduğunu vurğulayıblar. Bəzi istifadəçilər isə yeniyetmənin təzadlı üz cizgilərini vurğulayaraq, onun gələcəkdə gözəlliyi ilə hətta anasını geridə qoyacağını bildiriblər. Leoninin görünüşünü Monikanın uşaqlıq fotosu ilə müqayisə edənlər də tapılıb.

Qeyd edək ki, valideynlərinin aktiv iş cədvəli səbəbindən Leoni tez-tez yaşayış yerini dəyişmək məcburiyyətində olub. O, adətən anası ilə İngiltərə, Fransa və İtaliyada yaşayıb. 2015-ci ildən Monika Belluçi, Deva və Leoni Fransaya köçüb. Onlar orada daha çox vaxt keçirməyə başlayıblar. Vensan Kassel də 2018-ci ildə Parisə köçüb.

Mənbə: wday.ru

0.082237958908081