Azərbaycanda sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasına başlanıldı

İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi" MMC “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri”nin yaradılmasına başlayıb.

“Report” xəbər verir ki, reyestr yaradıldıqdan sonra Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya ediləcək.

Reyestrin yaradılması Milli Məclisin ötən il dekabrın 2-də qəbul etdiyi və Prezident İlham Əliyevin bu il yanvarın 26-da təsdiq etdiyi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunda öz əksini tapıb.

0.097120046615601