Azərbaycan neftinin qiyməti 86 dolları keçib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

hakimiyyet.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,33 ABŞ dolları və ya 0,38% artaraq 86,1 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.

0.11293292045593