Şırnakda Qabar dağında yeni yataqlar: Gündəlik hasil edilən neftin həcmi açıqlandı - FOTO

Türkiyənin Şırnak bölgəsində Qabar dağında aparılan seysmik və qazma işləri nəticəsində hər gün yeni neft yataqları kəşf edilir.

Qabar dağında yerləşən neftçıxarma sahəsində daha bir quyu qazılıb və neft hasilatına başlanılıb.

Bu barədə əraziyə baxış keçirən Şırnak valisi Cevdet Atay məlumat verib.

Onun sözlərinə görə, “Şəhid Esma” adlı neftçıxarma sahəsində ümumilikdə 36 neft quyusu qazılıb. Bu quyulardan 22-də neft hasilatı həyata keçirilir, 14-də qazma işləri davam etdirilir.

22 quyudan gündəlik 27 min barel neft çıxarılır.

Mənbə: Ensonhaber.com

0.10039305686951