Yerin uzaqdan möhtəşəm görüntüsü çəkildi - FOTO

Yerin kosmosdan möhtəşəm görüntüsü paylaşılıb.

Fotoda kosmik uçurumun qaranlığına bürünmüş və uzaqdan parlaq mavi mərmərə bənzəyən planetimiz əks olunub.

Kadrlar Yer ətrafında orbitdə olan “Insta360” ilk ultra yüksək ayırdetmə kamerası tərəfindən çəkilib. Cihaz Çin şirkəti tərəfindən hazırlanıb.

Astronomik nailiyyət hesab olunan yeni nəsil kameranın yaradıcılarının fikrincə, bu kosmik şəkillər yalnız başlanğıc olacaq. İstehsalçılar qeyd edirlər ki, onlar da yaxın gələcəkdə ulduzların və “Süd Yolu”nun oxşar aydın şəkillərini çəkməyi planlaşdırırlar.

Mənbə: Focus.ua

0.091706991195679