Nəsimi rayonunda 37 yaşlı kişi qəzada xəsarət alıb

Bakının Nəsimi rayonunda 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Anar Əkbər oğlu Mədətov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.097077131271362