Evlərini satsalar da, əməliyyat pulunu toplaya bilməyiblər: Doqquz yaşlı Yusifin dəstəyə ehtiyacı var - FOTO

Doqquz yaşlı Yusifin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Aygül Əliyeva məlumat verib.

O bildirib ki, övladı üç ildir qaraciyər sirrozundan əziyyət çəkir:

“Yusifin altı yaşı olanda onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən bu günə müalicələrini etdirsək də, demək olar, heç bir irəliləyiş qeydə alınmayıb. Həkimlər Yusifin təcili qaraciyər köçürülmə əməliyyatına ehtiyacı olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl klinikalardan birində həyata keçiriləcək”.

Aygül Əliyeva bildirib ki, əməliyyat pulunu tamamlamaq üçün evlərini satıblar:

“Yusifə donor Türkiyədə tapılıb. Yusifin əməliyyatı üçün 45 000 dollara (76 500 manat) ehtiyac var. Məbləğdən min manatımız çatmır. Biz imkansız adamlarıq, mən işləmirəm, yoldaşım isə fəhlədir. O məbləği tapmaq bizim üçün qeyri-mümkündür. Buna görə də evimizi satmışıq. Amma hələ də pul əskikdir. Yusif bizim tək övladımızdır. Onu itirmək bizə ölümə bərabərdir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 958-80-49

0.077402830123901