Sərnişin “Prius”un qarşısını kəsən şəxsi kürəyindən bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sübhan Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 9 aprel 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində qeydə alınıb.

Belə ki, Sübhan Quliyev “Toyota Prius” markalı taksidə sərnişin qismində olan zaman zərərçəkmiş Vahid Zamanov (şərti) həmin nəqliyyat vasitəsini saxladaraq sürücüyə irad tutub. O, avtomobili asta sürətlə hərəkət etdirməsini tələb edib. Mübahisə zamanı Sübhan bıçaqla zərərçəkmiş şəxsin sağ kürək nahiyəsindən bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.

Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib. 

0.092916965484619