Beyləqan rayonunda odlu silahlar polisə təhvil verilib

Beyləqan rayonunda üç ədəd odlu silah polisə təhvil verilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbir zamanı rayon sakinlərindən mərhum ailə üzvlərinə aid olmuş üç odlu silah polis əməkdaşları tərəfindən təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

0.10415816307068