Yanğınsöndürənlər yanğın zamanı tapdıqları pulu və qızılı sahibinə veriblər - VİDEO

Binəqədi rayonunun 2-ci mədən küçəsində vətəndaşa məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində pul və içərisində qızıl-zinət əşyaları olan çanta tapıblar.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Çantanı tapan yanğınsöndürənlər pulu və zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edək ki, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

0.08962607383728