Bloqer Asya Aslanovanın vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

Reanimasiyaya yerləşdirilən bloqer Asya Aslanovanın son vəziyyəti açıqlanıb.

hakimiyyet.az xəbər verir ki, bloqer Ramal İsayev Asyanın ayıldığını və vəziyyətinin yaxşılığa doğru getdiyini deyib: 

“Şükür Allaha Asya ayıldı. Vəziyyəti yaxşılığa doğru gedir. İnşallah ki, tezliklə sağalacaq”.

Xatırladaq ki, bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşmişdi.

23:39

İnfluenser Asya Aslanovanın (Asyafuad) səhhətində problem yaranıb. 

Olay.az-ın məlumatına görə, bloqerin sedasiya üsulu (pasientin stomatoloji prosedurları rahat qəbul etməsi üçün anestezioloq tərəfindən tətbiq olunan yuxu halı) ilə diş çəkimi zamanı vəziyyəti ağırlaşıb. Məlumata görə, onun dişindən infeksiya keçib.

Asyanın reanimasiyaya yerləşdirildiyi deyilib. 

Məlumatı influenser Aysel Şükür təsdiqləyib. O, Asyanı ziyarət etmək üçün xəstəxanaya getdiklərini deyib.

Asya özü “Instagram”da videolar paylaşaraq ağıl dişini çəkdirəcəyini, amma qorxduğu üçün sedasiya üsulu edəcəklərini bildirib.

0.11328506469727