A Seriyası: “İnter” liderliyini möhkəmləndirdi - VİDEO

İtaliya A Seriyasında 17-ci turun qarşılaşmaları keçirilir.

“İnter” San Siro (Cüzeppe Meazza) stadionunda “Leççe”ni qəbul edib.

Meydan sahibləri 43-cü dəqiqədə Hakan Çalhanoğlunun ötürməsindən fərqlənən müdafiəçi Yan Bissekin qolu sayəsində hesabda önə keçiblər. 78-ci dəqiqədə Marko Arnautoviçin ötürməsini Nikolo Barrela tamamlayaraq matçda son nöqtəni qoyub - 2:0.

Hazırda “İnter” turnir cədvəlində birinci yerdədir. Komanda 17 turdan sonra 44 xal toplayıb. “Leççe” isə 20 xalla 12-cidir.

 

0.1065239906311