Şəkidə üç nəfər sahibsiz itlərin hücumuna məruz qalıb

Şəkidə üç nəfəri sahibsiz it dişləyib.

“Unikal” xəbər verir ki, bu gün rayonun Təpəcənnət kənd sakini 2005-ci il təvəllüdlü Səbinə Qurban qızı Eyvazova, Yeni Cələbi qəsəbə sakini 2009-cu il təvəllüdlü Elməddin Mehman oğlu İbişov və rayonun Baqqal kənd sakini 1996-cı il təvəllüdlü İftixar Cingiz oğlu Hacızadəyə sahibsiz it hücum edərək onlara xəsarət yetirib.

Yaralılar Şəki Rayon Mərkəzi xəstəxanasına aparılıb, xəstəxanada onlara lazımi tibbi yardım göstərilib və daha sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

0.10712289810181