“Roma” - “Napoli”: İki qol, on iki sarı və iki qırmızı vərəqə - VİDEO

İtaliya A Seriyasında 17-ci turun mərkəzi qarşılaşması başa çatıb.

“Roma” paytaxt stadionunda “Napoli”ni qəbul edib.

Oyun daha çox sərt mübarizə ilə yadda qalıb. Belə ki, matç ərzində futbolçulara 12 sarı və iki qırmızı vərəqə göstərilib. Qonaqlar oyunu doqquz nəfərlə başa vurmalı olublar.

Say üstünlüyündən yararlanan ev sahibləri iki qolla matçın taleyini həll ediblər: Pelleqrini (76) və Lukaku (90+7) fərqlənib - 2:0.

Beləliklə də, hazırda 28 xalı olan “Roma” 6-cı pilləyə yüksəlib. Ondan bir xal az toplayan “Napoli” isə 7-ci yerdə qərarlaşıb.

0.094602108001709