Sumqayıtda yaşlı qadını avtomobil vuraraq öldürüb

Sumqayıtda 66 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə “Saray körpüsü” adlanan ərazidə qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Alidə Allahverdi qızı Dəmirovanı maşın vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

0.10711908340454