Rusiyada yanğın 30 avtomobili məhv etdi - VİDEO

Rusiyanın Çita şəhəri Kostyuşko-Qriqoroviç küçəsi 49 ünvanında yanğın baş verib.

Açıq yanğın 700 kvadratmetr sahəni əhatə edib və artıq söndürülüb.

Yanğın nəticəsində içərisində 30 avtomobilin olduğu dayanacaq və yaşayış olmayan ikimərtəbəli ev yanıb.

Hadisənin bütün detallarını müəyyən etmək üçün ərazidə Dövlət Yanğın Müfəttişliyi və Yanğın Laboratoriyasının əməkdaşlarının daxil olduğu istintaq-əməliyyat qrupu işləyir.

Mənbə: MÇS Zabaykalye

0.076669216156006