Azərbaycanda qızın ögey atasını bıçaqlaması ilə bağlı YENİ DETALLAR - YENİLƏNİB

Bakının Sabunçu rayonunda qızın atasını evdə bıçaqlaması barədə bəzi detallar bilinib. 

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, qız hadisəni ona kobud davranıldığı üçün edib. 

Belə ki, ögey atası onunla kobud davranıb. Nəticədə o, 1987-ci il təvəllüdlü Elman Xəlilovu bıçaqlayıb.

09:08

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıblar.

İlhamə Əbülfət

0.081237077713013