Türkiyə XİN: “İsrail və İran arasındakı gərginlik müharibənin xəbərçisi olacaq”

“İran və İsrail arasında artan gərginlik daha ​​böyük müharibənin xəbərçisi ola bilər”.

Bunu Türkiyənin xarici işlər naziri (XİN) Hakan Fidan deyib.

“Bu eskalasiya daha böyük müharibənin xəbərçisi ola bilər”, - nazir bildirib.

Onun sözlərinə görə, hazırda vəziyyət sakitləşmiş kimi görünsə də, belə potensial həmişə mövcuddur.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran tarixdə ilk dəfə birbaşa olaraq İsrailə hücum edib, 200 pilotsuz təyyarə və 150 raket atıb. İsrail bəyan edib ki, onların 99%-i ələ keçirilib.

Mənbə: Anadolu Ajansı

0.097103834152222