Bir təqvim ilində beş və daha çox kubok qazanan klublar - SİYAHI

Bir təqvim ilində beş və daha çox kubok qazanan klubların adları müəyyənləşib.

“Report”un araşdırmasına görə, indiyə qədər cəmi altı komanda bu uğura nail ola bilib.

Son olaraq 2023-cü ildə İngiltərənin “Mançester Siti” klubu muzeyinə beş kubok aparıb.

Bu baxımdan rekordçu İspaniya “Barselona”sıdır. Kataloniya təmsilçisi üç müxtəlif ildə minimum 5 titula sahib çıxıb. “Barsa” hətta 2009-cu ildə altı kubokla dünya futbol tarixində ilki reallaşdırıb. Sonradan, 2020-ci ildə Almaniya nəhəngi “Bavariya” da bu uğuru təkrarlayıb.

“Barselona” (İspaniya) - Üç dəfə

2009-cu il - La Liqa, İspaniya Kral Kuboku, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı

2011-ci il - La Liqa, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı

2015-ci il - La Liqa, İspaniya Kral Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı

“Bavariya” (Almaniya) - İki dəfə

2013-cü il - Bundesliqa, Almaniya Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı

2020-ci il - Bundesliqa, Almaniya Kuboku, Almaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı

“Ayaks” (Niderland)

1995-ci il - Erediviziya, Niderland Superkuboku, UEFA Çempionlar Liqası, Qitələrarası Kubok, UEFA Superkuboku

“İnter” (İtaliya)

2010-cu il - A seriyası, İtaliya Kuboku, İtaliya Superkuboku, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı

“Real” (İspaniya)

2017-ci il - La Liqa, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı

“Mançester Siti” (İngiltərə)

2023-cü il - Premyer Liqa, İngiltərə Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı

0.10112285614014