Küçük İbonun yeni işi sevənlərini təəccübləndirib - FOTO

90-cı illərin sonlarında Türkiyədə böyük şöhrət qazanan ən məşhur uşaq müğənnilərdən biri olan Küçük illər sonra ortaya çıxıb. Müğənninin yeni işi eşidənləri təəccübləndirib.

Küçük İbo kimi tanınan İbrahim Küçükə ən böyük dəstəyi İbrahim Tatlıses vermişdi.

İbrahim Küçük uzun müddətdir ki, ekranlardan uzaq bir həyat yaşayır. Hazırda işi musiqi ilə əlaqəli olmayan İbrahim Küçük yeni həyatından danışıb.

“Künəfə salonu işlədirəm. Ora vaxtaşırı gedirəm. Daha çox musiqiyə vaxt ayırıram. Özümə uyğun yaşamağa çalışıram”, - deyə o bildirib.

İbrahim Tatlıseslə hələ də təmasda olduqlarını bildirən müğənni, onunla küsülü olmadığını deyib.

“Ondan hələ öyrənəcəyimiz şeylər var. Vaxtaşırı olaraq ondan məsləhət alıram. İbrahim Tatlıses böyük sənətçi və əvəzedilməz səs sahibidir”, - deyə o əlavə edib.

Mənbə: Haber Global

0.090829133987427