Ucarda məktəbli qızı maşın vurub

Ucarda azyaşlını maşın vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayon mərkəzinin Oğuz küçəsində qeydə alınıb. Rayonun Bərgüşad kənd sakini, 1995-ci il təvəllüdlü Aydın İsmayıl oğlu Müslümzadənin idarə etdiyi VAZ-2107 markalı minik maşını Ucar şəhəri 4 nömrəli orta məktəbin şagirdi, 2016-cı il təvəllüdlü Məryəm Teymur qızı Nurizadəni vurub.

Azyaşlı ağır xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardımdan sonra M. Nurizadə Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Fakt araşdırılır.

0.20850086212158