Biləsuvarda iki yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb.

Daha bir qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet “Niva” markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb.

Hər iki yaralı rayon xəstəxanasına aparılıb.

0.2222740650177