Rusiyanın Gürcüstan və Azərbaycanla sərhədində iki keçid məntəqəsi yenidənqurmadan sonra açılıb

Rusiyanın Gürcüstan və Azərbaycanla sərhəddə iki avtomobil keçid məntəqəsi yenidənqurmadan sonra açılıb.

Bu barədə dekabrın 29-da Rusiya Nəqliyyat Nazirliyi “Telegram”da məlumat yayıb.

“Bu gün biz yenidənqurmadan sonra Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin ən mühüm iki avtomobil keçid məntəqəsini - Yuxarı Lars və Yaraq-Qazmalar məntəqələrini açırıq”, - deyə nəqliyyat naziri Vitali Savelyev bildirib.

O qeyd edib ki, yenidənqurmadan sonra Yuxarı Lars sərhəd keçidində zolaqların sayı 15-dən 39-a, Yaraq-Qazmalarda isə 14-dən 22-yə yüksəldilib.

0.13077402114868