Azərbaycanda müğənni verilişə velosipedlə gəldi - FOTO

Müğənni Manana Çaparidze “Xəzər” televiziyasının verilişlərindən birinə velosipedlə gəlib.

Lent.az-ın xəbərinə görə, onun sosial şəbəkələrdə velosipedlə çəkilmiş şəkillərinə yüzlərlə şərh gəlib.

İzləyicilər Manananın bu hərəkətini bəyəndiklərini, sadəliyin ona başucalığı gətirdiyini yazıblar.

Bəziləri isə Manananı digər müğənnilərlə müqayisə edərək bildiriblər: “Başqaları bahalı maşından lovğalanaraq düşürlər, yanlarında ən az iki mühafizəçi olur”.

0.077255010604858