Qabonun keçid hakimiyyəti dörd aya ölkənin bütün borclarını ödəyib

Qabondakı keçid hakimiyyəti dörd ay ərzində ölkənin bütün xarici borclarını ödəyə bilib.

Bunu keçid hökumətinin başçısı, general Bris Kloter Oliqi Nqema deyib.

“Bizim fəaliyyətimizin dörd ayında Qabonun borcu silinib. Cəmi dörd ay ərzində biz ölkəni yenidən işlək vəziyyətə gətirdik, böyük şəhərlərdə yollar bərpa olundu. Bu günə qədər 421 km yollar lazımi vəziyyətə gətirilib. Qabonlular ən böyük hörmətə layiqdirlər və firavanlıq gözləyirlər”, - deyə o bildirib.

Nqema hökumətin sosial evlərin tikintisini davam etdirmək, yol şəbəkəsini genişləndirmək və hava limanlarını modernləşdirmək niyyətində olduğunu açıqlayıb.

Mənbə: TASS

0.10994696617126