Rusiyada 8 və 10 yaşlı qardaşlar 82 yaşlı babaya hücum ediblər - VİDEO

Krasnodarda azyaşlı xuliqanlar 82 yaşlı babaya hücum ediblər.

Zərərçəkənin yaxınları bildiriblər ki, uşaqlar təqaüdçünün başına çubuqla vurub, onu təqib edib, sonra isə şüşə atıblar.

Polis hücum edənlərin 8 və 10 yaşlı qardaşlar olduğunu müəyyən edib.

Onlar öz əməllərinin səbəbini izah edə bilməyiblər. Uşaqların əvvəllər polisdə qeydiyyatdan keçmədikləri bildirilib.

Mənbə: gazeta.ru

0.086671829223633